Xaricdə Təhsil
Xaricdə təhsil almagın üstünlükləri coxdur. Xaricdə təhsil almış gənclər, mütəxəssislər dünyanın hər bir yerində işləmək imkanı qazanırlar. Təşkilatımız Avropa və Amerikanın məşhur Universitetlərində təhsil almaq istəyən gənclərimizi qəbul prosesi haqqında məlumatlandırır, onları lazımı informasiyalarla (təhsil xərci, yaşayış yeri, iş) təmin edir, təhsil prosesi zamanı meydana cıxan problemlərin həllində onlara yardım göstərir
Təşkilatımızın üzvü olanlara xidmət pulsuzdur
Dünya səviyyəsində tanınan universitetlər arasında İsveçrənin bir necə Universiteti var. ETH(Texniki Institut) dünyanın 10 ən məşhur Universiteti sırasına daxildir. Texniki Institut olsa da, tərkibində humanitar fakultələr də var. Ali Məktəb onlarla Nobel mükafatı laureatı yetişdirib. Ikinci sırada Sürix Universiteti gəlir. Bu Universitetdə 30 minə yaxın tələbə təhsil alır. Bundan başqa Bern, Lozanna, Cenevrə və digər iri şəhərlərdə də dünyaca məşhur olan universitetlər fəaliyyət göstərir
Bu universitetlərə daxil olmaq ücün orta təhsil haqqında şəhadətnamə tələb olunur. Illik təhsil xərci 1800 ABS dollarına yaxındır. Universitetlərə daxil olmaq ücün alman, ingilis, fransız və ya italyan dili sertifikatları tələb olunur. Dil sertifikatı olmayanlar universitetlərin nəzdindəki komissiya tərəfindən imtahan olunurlar. Sadalanan dilləri orta səviyyədə bilmək kifayətdir
Imtahanla baglı məlumat: www.studentoffice.unizh.ch/admission.html
Attestat Isveçrə standartlarına cavab vermədikdə Friburq imtahanından keçmək tələb olunur. Ildə 2 dəfə (iyul və oktyabr aylarında) 5 fəndən imtahan verilməlidir: Xarici dil, riyaziyyat, tarix və 2 başqa fənni tələbə özü secməlidir. Iyun və oktyabr aylarında Friburq şəhərində universitetlərə daxil olmaq istəyənlər ücün kurslar təşkil edilir. Kursun qiyməti 4200 Isveçrə Frankı təşkil edir
Azərbaycan universitetlərinin birinci kursunda oxuyanlar ücün Isvecrə universitetlərinə daxil olmaq daha asandır. Bunun ücün yalnız ingilis, alman və ya fransız dilini bilmək kifayətdir
İsveçrədə tədris ili iki semestrə bölünür. Yaz semestri fevralın ortalarından başlayır iyunun sonuna qədər davam edir. Universitetlərə daxil olmaq ücün ildə 2 dəfə sənəd vermək mümkündür. Yaz semestrində təhsil almaq ücün noyabr ayına qədər sənədlər ali təhsil müəssisəsinin dəftərxanasına göndərilməlidir. Payız semestri sentyabr ayından dekabrın sonlarına qədər davam edir. Bu semestrdə təhsilə başlamaq ücün sənədlər 3 ay əvvəldən, yəni may ayına qədər göndərilməlidir. Qəbul komissiyasının email ünvanına məktub göndərmək kifayətdir. Bundan sonra siz bütün instruksiyaları alacaqsınız
Qəbul komissiyasının optimal cavabları
Sizi Universitetə qəbul edirlər və təsdiq sənədi göndərilir
Sizi dil imtahanı vermək şərti ilə qəbul edirlər
Sizin bütün sənədləriniz qaydasındadır, yalniz dil kurslarında təhsil almagı məsləhət görürlər. 2 aylıq kurs kecdikdən sonra təhsilə başlaya bilərsiz. Kursun qiyməti 1500 Frank
Sənədləriniz qaydasında deyilsə, onların qaydaya salınmasından sonra baş vurmanızı məsləhət görürlər
Viza almaq ücün aşagıdakı linkdən istifadə edin
https://www.eda.admin.ch/moscow_emb/r/home/vistou/travch/visa4.html
Imtahanlar haqqında məlumatlar– https://www.studentoffice.unizh.ch/admission/deutschpruefungen.html
https://www.sprachenzentrum.unizh.ch/deutsch/index.html
Aşagıdakı sertifikatlara sahib olanlar Isveçrə universitetlərinə dil imtahanından kecmədən qəbul olunurlar
ZOP Zentrale Oberstufenprüfung des Goethe-Institutes
KDS Kleines Deutsches Sprachdiplom des Goethe-Institutes
GDS Grosses Deutsches Sprachdiplom des Goethe-Institutes
DŞ Deutsche Sprachprüfung für den Hochschulzugangausländischer Studienbewerber an Deutsche Universitäten,Ergebnisklassen 3 und 2
DSDI Deutsches Sprachdiplom der Kultusministerkonferenz (KMK), ZweiteStufe
TestDaF Mit einem Ergebnis von durchschnittliche TDN 4 und mind. TDN 3 inallen Prüfungsteilen
ÖSD Österreichisches Sprachdiplom, Mittelstufe Deutsch, NiveauC1
ÖSD Österreichisches Sprachdiplom, Wirtschaftssprache Deutsch,Niveau C2
Diplôme Supérieur Langue et Culture Françaisesdélivré par l'Alliance française
Diplôme Supérieur d'Études Françaises Modernesdélivré par l'Alliance française
Diplôme de Hautes Études Françaises (DHEF) délivrépar l'Alliance française
DELF (Diplôme d'Études de Langue Française) seconddegré ou niveau B2
DALF (Diplôme Approfondi de Langue Française) ancienne ounouvelle formule
TCF4 avec 2 épreuves complémentaires au niveau 4 (ou TCF DAP)
Certificat des cours d'été de l'Université de Genève
Attestations de réussite d'une année d'études complètesà:
* l'École de langue et de civilisation françaises del'Université de Genève
* l'Institut pratique de français de l'Université deFribourg
* l'Institut de langue et de civilisation françaises del'Université de Neuchâtel
* l'École de français langue étrangère del'Université de Lausanne
www.unige.ch/lettres/elcf/
Aşagıdakı sorgu formuları vasitəsilə suallarınızı bizə göndərə bilərsiniz