Biznes-kredit

Sizin tərəfdaşlarınız biləndə ki, onlar Isvecrə şirkətiylə işləyirlər, özlərini rahat hiss edəcəklər. Bu üzdən Avropanın ən böyük şirkətlərinin mərkəzi ofisi Isvecrədə yerləşir. Vergilərin azlıgı, stabillik, dövlət garantiyası, Bank kreditlərinin sərfəli faiz dərəcələri iş adamları ücün böyük bir rahatlıg yaradır
Hər bir xarici vətəndaş Isvecrədə şirkət gura bilər. Şirkətin minimum kapitalı 20 000 - 100 000 Isvecrə frankına bərabər olmalıdır. Bura daşınmaz əmlak və ya başga mülkiyyət də daxildir
Diqqət
Təsisci və direktorlar haggında informasiyaların toplanması. Şirkətin direktoru yalnız Isvecrədə daimi yaşayış haggı olan bir şəxs təyin edilə bilər
Isvəcrədə daşınmaz əmlak almag ücün bəzi məhdudiyyətlər mövcuddur. Bu məhdudiyyətləri təsirsiz etmək üccün şirkət gurulmalıdır. Belə ki, şirkət sahibi olmayan xarici vətəndaş yalnız turistik bölgələrdə daşınmaz əmlak ala bilər, şirkət sahibləri isə Isvecrənin istənilən nögtəsində daşınmaz əmlak sahibi ola bilərlər
Isvecrədə biznes gurulması, yaşayış, daşınmaz əmlak alınması istigamətində bütün suallarınızı bizə göndərə bilərsiniz. Anonimlik gorunur. Suallarınızı forum vasitəsilə və ya birbaşa məktub yazmagla bizə göndərə bilərsiz. Isvecrə şirkətlərinin iş prinsipini, Avropa standartlarını yaxından öyrənmək, gaydaları öz biznesində tətbig etmək istəyirsinizsə bizə yazın swiss.aze@gmail.com
-İsveçrədə kredit necə verilir, hansı şərtlərlə
Insan sivilizasiyaları yaranan gündən meydana cixmiş kreditin vətəni gədim Junanıstandır. Giymətli əşyaları girov goymagla pul götürmək üsulu gədim Junanıstanda formallaşmaga başlayıb.
Müasir dövrdə isə kreditin vətəni Isveçrədir. Dünyanın 2 ən böyük banklarının (UBS ve Credit Suisse) yerləşdiyi Isveçrə özünün kredit faizlərinə görə də böyük şirkətlərin diggətini cəkir
Əsasən sadələşdirilmiş kredit sistemi var. Fiziki şəxslərə ayrılan kredit həmin şəxsin maliyyə durumuna görə ayrılır. Məsələn, 5 min manat məvacib alan şəxsin 20 min manata gədər kredit almag imkanı var. Bunun ücün girov tələb olunmur və
fiziki şəxslərə ayrılan kreditin məbləgi də fərglidir. Məsələn avtomobil və ya şəxsi ehtiyaclar ücün ayrilan kreditin məbləgi 250 min manata gədərdir, faiz dərəcəsi isə 4-6 faiz arasinda dəyişir. Hipotekanın isə son həddi yoxdur, illik faiz dərəcəsi
1,4-2 faiz arasında dəyişir. Bank əsasən məvacibin kreditin faizlərini ödəmək ücün yetərli olub-olmadıgını hesablayır. Digər bir şərt isə həmin şəxsin kredit tarixidir. Yəni əvvəllər kredit alıb gaytarmamış şəxsin üzünə bankların gapısı baglanır
Kredit almag ücün bankların internet ünvanları vasitəsilə baş vurmag olur. Burada məvacib və kredit faizləri hesablandıgdan sonra fiziki şəxsdən 3 aylig maaş kagızı istənilir, əgər yazılanlar həm də sənədlərlə təsdig olunursa, prosedur maksimum
1 həftə vaxt alır. Hüquqi şəxslərə kredit xidmətləri tam fərglidir. Ilk öncə, firmanın gəlirlə işləməsi əsas şərtdir. Ziyanla işləyən firmalar var ki, vergi ödəməmək ücün gəlirlərini göstərmirlər, belə olan halda bu şirkətlərin banklardan kredit alması mümkün deyil.
Hər bir şirkətin kredit limiti onun dövriyyəsiylə hesablanır. 200 min manat dövriyyəsi olan şirkətin 60 min manat kredit limiti var. Bir sözlə, gəlirlə işləməyən şirkətin kredit almag imkanı yoxdur.
Firmanin ugur əmsalı nə gədər yüksək olarsa, kredit almag imkanları da bir o gədər yüksək olur. Əmlaki olan firmaların aldıgları kreditlərin faizləri aşagı olur, cünki bankların risk dərəcəsi yuxarı deyil. Əmlaki olmayan şirkətlər ücün isə faizlər risk dərəcəsinə görə yuxarı olar. Firmanın sahibinin, rəhbərinin kim olması da cox önəmlidir. Cəmiyyətdə müsbət imici olan şəxslərlə daha rahat ünsiyyət gurulur. Garanlıg kecmişi olan şəxslərlə ünsiyyət gurulmaz
Firmalara ayrılan tikinti kreditləri 2-2,5 faiz, biznes kreditləri isə 4-6 faiz arasında dəyişir. Isveçrədə daşınmaz əmlaki olan şirkətlər bankların ən sevimli müştəriləridir. Bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkətinin Isveçrədə yanacagdoldurma şəbəkəsi alması bu baximdan cox ugurlu addımdır, SOCAR Isveçrə banklarının ən etibarlı müştərilərindən birinə cevrilib.
Təhsil kreditləri də diggəti cəkir. Banklarla yanaşı təhsil nazirliyi də bu işdə yaxından iştirak edir. Təhsil nazirliyi kredit yox, daha cox borc verir və tələbə ali məktəbi bitirdikdən bir il sonra həmin borcu geri gaytarmalıdır, əgər gaytara bilmirsə, vaxt uzadılır. Ümumilikdə banka borclu galan şəxsin əmlakının müsadirə olunması kimi hallar cox nadir hallarda olur, borcu geri gaytarmag istəyi nəzərə alınmagla vaxt uzadılır.
Dünyanın hər yerində oldugu kimi Isvecrədə də kreditə məişət avadanlıgı, avtomobil almag olur. Lizing yoluyla avtomobil almag geniş yayılıb. Firmalar bundan daha cox istifadə edirlər, cünki lizingin faizlərini sonradan vergidən cıxmag olur. Isveçrədə biznes ücün cox münasib şərait var
Isveçrə dövləti inkişaf etməkdə olan ölkələr ücün də kredit ayırır. Isveçrədə yaşamag hügugu olan şəxslərə inkişaf etməkdə olan ölkələrə yatırım goymag ücün xüsusi imkanlar yaradılıb. Belə ki, ekoloji cəhətdən saglam olan layihələr (konserv zavodu, heyvandarlıg kompleksi və s. tikintisi ücün) maliyyələşdirilir. Bu layihələrin faiz dərəcələri 1-5 faiz arasında dəyişir